Tarix : 2016 Aug 03
Kod 49878

Təkfirçilərin məqsədi İsrailə xidmət etməkdir

Dəməşq Əməvi Məscidin sünni imamı radikal vəhhabi və sələfi qrupların kafir elan etdiyini söyləyib.
AranNews-un verdiyi xəbərə görə, Dəməşq Əməvi Məscidi sünni imamı olan Şeyx Məmun, Suriya böhranının dinc etirazlarla yanaşı olmadığı və əvvəldən radikal vəhhabi və sələfi qrupların şiələrin, ələvi və sünnilərə qarşı şiddət tətbiq etdiyini, onları kafir elan etdiyini söyləyib. 
Şeyx Məmun İŞİD tərəfindən qaçırılıb işgəncələrə məruz qalıb, qulağı kəsilib və silahla vurulmuş bir şəkildə öldüyü zənn edilərək, şəhər meydanlarından birinə atılıb, lakin xalqın köməyi ilə xilas oluna bilib. Şeyx Məmun vəhhabi düşüncəsinin Suriyanı tənəzzülə uğratmaq istədiyini söyləyərək, "Vəhhabilik ümməti və cəmiyyəti parçalamaq istəyir. Bunlarla birlikdə yəhudilik də dünyaya zülmlə hakim olmağa çalışır. Əgər İsrail olmasaydı, bu şəkildə heç bir terrorçu qrup yaranmazdı. İsrail “Nusra Cəbhəsi” terror təşkilatına tibbi yardım da təmin edib, onlara Suriyada döyüşmələri üçün maliyyə yardımı və dəstək verib. Bunların hədəflərinin də eyni olduğunu unutmamalıyıq, amma əməllərini İslam adı altında həyata keçirirlər. Səudiyyənin Avropada bir çox məscid inşa etdiyini, o məscidlərdə təkfirçi xütbə oxunub və vəhhabi düşüncənin yayıldığını bütün dünya bilir. Bu hal da bizim Suriyada müxtəlif ölkələrdən, hətta İngiltərə, Amerika və Fransadan təkfirçilərin olmasına şahid olmamıza səbəb olur. Onlar müsəlmanları qətlə yetirdilər, lakin İsrailin əsarətində olan Qüdsü unutdular. Onlar sadəcə İraq, İran və Suriyanı görür və Suriyada müqavimət göstərənləri kafir elan edirlər”. Şeyx Məmun İsrail, Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və havadarlarının Suriyaya müdaxilədən imtina etdikləri zaman Suriyaya sülh və əmin-amanlığın yenidən gələcəyi, problemlərin həll olunacağına inandığını bildirib: "O qruplar nifaq, qeyri-səmimilik və yalanla Suriyada genişmiqyaslı cinayətlərə səbəb olurlar və onlar Suriyadan çıxarılmalıdır". /Tasnim/

  • Yazılıb
  • da (də) 2016 Aug 03
  • Göndərən مدير سايت Aran News