Almaniya kanslerinin müavini (vitse-kansler), həm də iqtisadiyyat naziri Sigmar Gabriel Ərəbistanın ağılsız və vandal siyasətlərinə etiraz edib.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Sigmar Gabriel deyib: Səudiyyə Ərəbistanı ifratçılıq yer alan məscidlərə maliyyə yardımını dayandırmalıdır. Dünya boyu vəhabi məscidləri Ərəbistandan yardım alır. Almaniyada da təhlükəli ifratçılar belə cəmiyyətlərdən çıxır. Biz Ərəbistana anlatmalıyıq ki, məqsədə doğru qeyri-insani yollar axtarmaq vaxtı başa çatıb. Sələfi məscidlərindəki radikallıq sağçı partiyaların radikallığından təhlükəlidir.
Almaniya parlamentinin sosial-demokrat fraksiyasının rəisi Tomas Operman da Riyazın siyasətlərini pisləyib: Biz Almaniyada vəhabiliyi yayan məscidlərə Ərəbistanın maliyyə yardımlarını qadağan edəcəyik. Vəhabi məscidləri tam İŞİD ideologiyasının yayılması ilə məşğuldur. Biz bunu istəmirik.