Xəbər Lenti

Tramp və Türkiyədə yeni kapitulyasiyanın həyata keçirilməsi

İraq dövləti Ərbəin zəvvarları üçün viza qiymətini azaltdı

Paşinyan Konstitusiyasını dəyişəcək

Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir

İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Amerika ilə Türkiyə əlaqələrində böhran davam edir

ABŞ-ın Pensilvaniya ştatında 300-dən çox rahib 16 il müddətində 1000-dən çox uşağa cinsi təcavüz edib

Həcc xərclərinin artırılması ilə Ərəbistan büdcəsinin kəsiri təmin olunur

‘’Azərbaycanı İlqar Məmmədovun işində Avropa Məhkəməsinin hökmünə əməl etməyə çağırırıq’’

“Azadlıq” qəzetinin əməkdaşının qardaşının azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu

Uşaqlarımızı uşaqlıq çağlarından kitab oxumağa alışdıraq

Əl-Qaidə və İŞİD Yəmənə qarşı döyüşdə iştirak edir

Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA

Koçaryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

Oğlum mənə yazdı ki...

Rusiya ABŞ-ın beynəlxalq qanunlara etinasızlığını qınayıb

''Azərbaycanda yoxsullarla varlılar arasında fərq üç dəfədir''

Əfqan Muxtarlıya kitab qadağası var

İnzibati həbsdə olan AXCP üzvünün səhhəti ilə bağlı Ombubsmana müraciət edilib

Әli Kәrimli hakimiyyәti tәcili pensiya islahatına çağırdı

Ermənilər Şuşadakı muzeyi böyüdürlər

Ankara və Moskva vizaları qismən ləğv edəcəklər

Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib

Bəşər Əsəd əfv fərmanı imzaladı

BMT-nin xristian nümayəndəsi “müsəlman” Səud qəbiləsinin Yəmən cinayətlərini görüb göz yaşlarını saxlaya bilmədi – Foto

Fələstinli dördəm qızlar Qurani-Kərimi tamamilə hifz etdilər

Azərbaycanlılar Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirəcəklər

Türkiyə, Rusiya və İran rəhbərləri görüşəcək

Nəsrullah: Bu gün iran ən güclü durumdadır

Pakistanda Yəməndəki qətliamlara qarşı etiraz aksiyası keçirilib

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı

''Rəis dedi ki, şərait yarat, Fədayə xanım ''Qoca'' ilə görüşsün''

Suveyda səhrasında terrorçular məğlub edilib

İlqar Məmmədovun demokratik, Hacı Talenin İslam dövləti – hansı real təhlükədir

Ərdoğan və Putin İrana gəlirlər – Ruhani ilə görüş

“Rusiya, Çin, İran və Türkiyə biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq”

Azərbaycanda bu gecə benzin bahalaşacaq

Azərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan vermədilər

Avropa İttifaqı bütün siyasi məhbusların azad olunmasını istəyir

Arxiv
 
Tarix : 2016 Avg 03     |     Kod : 49881

Həya ilə xəcalətin fərqi

Xəcalət insanın fəaliyyət dairəsini kiçildir, onun üçün problemlər yaradır. Əsl həya isə eyibli bir iş görən insanın keçirdiyi haldır.

AranNews- Sual oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub? Bu çirkin iş kimin qarşısında baş verib?Allahın hüzurunu hiss etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun.
İnsan Allahın hər yerdə hazır olduğunu bilsə də bu hüzur insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət çəkir.
Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü adamların qarşısında səhvə yol verdikdə daha çox xəcalət çəkir. Amma bir çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.Əgər özümüzdə belə bir hal müşahidə ediriksə hökmən tövbə etməliyik. Belə tövbələr rəvayətdə «həya tövbəsi» adlandırılmışdır.
İmam Rizanı (ə) ziyarət etdikdən sonra oxuyuruq: «Həya istiğfarı edirik». Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə bu xalis tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik.Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir.
Daş divar arxasındakı insanı görən Allah üçün libas maneə deyil.İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-təala buyurur: «Məni düşünmək heç halda pis deyil»(«Biharul-ənvar», cild 13. «Üsuli-kafi» cild 2, səh. 106.).Allahın çirkin hesab etmədiyi heç bir işə görə xəcalət çəkmək lazım deyil.
Xüsusi ilə ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.Həya ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur: «Həyası olmayanın imanı yoxdur»(«Şura» surəsi, ayə 23.); «Dini olmayanın həyası yoxdur».
Həya məfhumu xəcalət məfhumundan tamamilə fərqlənir. Xəcalət insanın fəaliyyət dairəsini kiçildir, onun üçün problemlər yaradır. Əsl həya isə eyibli bir iş görən insanın keçirdiyi haldır. Həya yalnız öz şəxsiyyətini qiymətləndirən insanlarda olur. Onlar kiçik bir nöqsana yol verdikdə öz şəxsiyyətlərini itirməkdən qorxurlar.
İkinci bir tərəfdən, həya əxlaqi bir sifət olaraq yaxşını pisdən ayırır.
Qeyd etdik ki, ifrat və təfrit pis, etidal (orta hədd) isə yaxşıdır. Bəzən insan yaxşı bir işi eyib hesab edir. Müəllimə sual vermək istəyən tələbəni nəzərinizdə canlandırın. Onun qəlbi titrəyir, rəngi ağarır. Nə üçün bu hala düşdüyünü soruşsanız, deyər ki, xəcalət çəkirəm. Ona görə də belə bir məsəl məşhurdur: «Bilməmək eyib deyil, soruşmamaq eyibdir». Çoxları cəmiyyət içərisində qüsurlu görünər deyə danışmır.
Hərtərəfli bacarıq üçün məşq və təkrara ehtiyac vardır. İnsan özünə təlqin edə bilər ki, mən kütlə içərisində danışa bilər və sadə danışıq üsulu seçməklə müvəffəq ola bilərəm. Qəti şəkildə deyə bilərik ki, uyğun hallarda xəcalət çəkib susmaq pisdir. Belə xəcalət insanı təkmül yolundan saxlayır. Axı sual verməyən tələbə nə öyrənə bilər?
İnsan «bilmirəm» deməyi də bacarmalıdır. Əgər bunu bacarmırsa daha böyük nöqsanlara yol verərək yalan danışıb camaatı azdıra bilər. Yersiz xəcalətə görə kütləni azdıranlar bütün kütlənin günahına şərikdirlər.
İmam Sadiq (ə) buyurur: «Sizə verilmiş sualın cavabını bilmirsinizsə, deyin ki, bilmirəm!» Mərhum Əllamə Təbatəbai öz tələbələrinə «bilmirəm» deməyi öyrədən böyük ustadlardandır.
Demək, utancaqlıqdan vacib şəri məsələni öyrənməmək, «bilmirəm» deməkdən utanaraq yanlış cavab vermək olduqca pis əxlaqi sifətlərdəndir. Diqqət edin, əgər insanın öz eybini gizlətməsi onun özü və cəmiyyət üçün zərərli olmazsa daha yaxşı olar ki, bu eyib gizli qalsın. Məsələn, illərcə qabaq çirkin işə yol vermiş adam bu işi xatırlayanda xəcalət çəkir. Başqalarının ona bu işi xatırlatması yol verilməzdir.


Yazılıb da (də)   2016 Avg 03  Saat  12   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin