Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.
ARANNEWS- AR-nin Səbail rayonunun Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.Vəkil Eyyub Ələkbərovun verdiyi xəbərə görə, məhkəmə qətimkan tədbirinin 2 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.