ARANNEWS- Sabunçu Rayon Məhkəməsində noyabrın 5-də "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısında toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib.
Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə dindarlara hökm oxunub.
Rzayev Sahil Xalid oğlu - 6 il 5 ay 15 gün
Vəliyev Niftəli Əşrəf oğlu - 5 il 11 ay 10 gün
Əliyev Anar Yusif oğlu - 5 il 11 ay
Bünyadov Elvin Hatif oğlu - 6 il 1 ay 15 gün
Əhmədov Lətif Süleyman oğlu - 5 il 11 ay 20 gün
Osmanov Teymur Adilxan oğlu - 5 il 11 ay 15 gün
Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.