Tarix : 2016 Aug 04
Kod 49888

İtaliya Türkiyə prezidentinin oğlu barəsindəki işi araşdırmaqda davam edir

Bilal Ərdoğana qarşı iş bu ilin fevralında Fransada yaşayan türk iş adamı Murat Hakan Uzanın ərizəsi əsasında açılmışdı.
ARANNEWS- İtaliyanın Bolonya şəhər prokurorluğu çirkli pulların yuyulmasında şübhəli bilinən Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanın barəsindəki işi araşdırmaqda davam edir. 
Bu barədə çərşənbə günü Bolonya prokurorluğunun müavini Massimiliano Serpi bildirib.
Bilal Ərdoğana qarşı iş bu ilin fevralında Fransada yaşayan türk iş adamı Murat Hakan Uzanın ərizəsi əsasında açılmışdı. Biznesmen İtaliya hakimiyyətindən Bilal Ərdoğanın İtaliyaya gətirdiyi pulların mənşəyini araşdırmağı xahiş edib.
"Biz qərəzsiz fəaliyyət göstrməyə davam etdir və işimizdə irəli gedirik" -deyə, Serpi qeyd edib.
Bilal Ərdoğan ötən ilin payızında ailəsi ilə birlikdə o Bolonyaya gəlib Cons Hopkins Universitetində doktorluq dissertasiyasını yazırdı. Lakin ona qarşı fevral ayında başlanışmış istintaqdan sonra mart ayında İtaliyanı tərk etmişdi.


  • Yazılıb
  • da (də) 2016 Aug 04
  • Göndərən مدير سايت Aran News