Tarix : 2016 Aug 04
Kod 49893

politoloq: "İran Azərbaycan üçün güclü bir ortaq olduğunu sübut edib"

Rövşən Novruzoğlu: "İran Azərbaycan üçün güclü bir ortaq olduğunu sübut edib və prezident Ruhaninin Bakı səfərində müxtəlif sahələr, xüsusilə iqtisadiyyat sahələrində iki ölkə arasında önəmli sazişlər imzalanacaq".
ARANNEWS- İran İslam Respublikası prezidenti Həsən Ruhaninin yaxın günlərdə gözlənilən Bakı səfəri İran və Azərbaycan Respublikası arasındakı əlaqələrdə yeni mərhələyə başlanğıc olacaq.
Azərbaycan Respublikasında politoloq Rövşən Novruzoğlu İİR prezidentinin gözlənilən Bakı səfərinin əhəmiiyyətini vurğulayaraq deyib: İran İslam Respublikası Azərbaycan Respublikası üçün etimadediləsi və güclü bir ortaq olduğunu sübut edib və prezident Ruhaninin Bakı səfərində müxtəlif sahələr, xüsusilə iqtisadiyyat sahələrində iki ölkə arasında önəmli sazişlər imzalanacaq. 
Rövşən Novruzoğlu Rusiya prezidenti Vladimir Putinin də Bakıya səfəri və üç ölkə prezidentlərinin Bakı görüşünə də toxunub: "Bu görüş Azərbaycan Respublikasının üstün mövqeyinə işarədir və regionda təhlükəsizliyin təmininə öz töhfəsini verəcək."-deyə Rövşən Novruzoğlu bildirib. 
Politoloq Rövşən Novruzoğlu Bakı görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə toxunaraq deyib: Görünən odur ki, uzun illər davam edən bu münaqişənin düyünü qonşu ölkələr, xüsusilə İran və Rusiyanın əli ilə açıla bilər və ATƏT-in Minsk qrupu bu münaqişənin həllində maraqlı deyil.


  • Yazılıb
  • da (də) 2016 Aug 04
  • Göndərən مدير سايت Aran News