Fətulla Gülən, Misir televiziya kanallarından birinə şok effektli açıqlamalarla çıxış edib.
AranNews-un verdiyi xəbərə görə, "Qərb Türkiyəyə müdaxilə etsin, AKP hökumətini devirsin", - deyə Gülən qatıldığı verilişdəki açıqlamalarının birində bildirib.
Misirin Əl-Qad televiziyasına açıqlamalar edən F.Gülən açıq şəkildə Qərbi Türkiyəyə müdaxilə etməyə çağırıb. O, Türkiyədə insan haqlarının geniş miqyasda tapdalandığını bildirərək ölkənin vətəndaş müharibəsinə sürükləndiyini və Qərbin təcili olaraq bu vəziyyətə müdaxilə edərək AKP hökümətini devirməli olduğunu söyləyib.
Ərdoğanın iqtidarda qalacağı müddətdə Qərbi Asiya (Yaxın Şərq) regionunda sülhün bərpa olunmayacağını iddia edən Fətulla Gülən bu dəfə də "15 Temmuz" qiyam cəhdi ilə bağlılığını inkar edib. /haber7.com/