Rio de Janeyroda keçiriləcək yay olimpiya oyunlarında qılıncoynatma idman növü üzrə yarışacaq İbtihac Məhəmməd, olimpiya tarixində ABŞ adından yarışacaq ilk hicablı idmançı kimi tarixə düşəcək.
AranNews, “Deyerler.org”-ya istinadən xəbər verir ki, İbtihac Məhəmməd Braziliyada keçiriləcək 2016 Yay Olimpiyadasında qılıncoynatmada medal üçün namizəd olan idmançılardan biridir.
"Mən müsəlman qadınlara fərqli bir nümunə göstərirəm" deyən İbtihac, Nyu-Cersidə doğulub və burada boya-başa çatıb. İnancına görə ailəsi onu qılıncoynatmaya istiqamətləndirib və o, 2010-cu ildə ABŞ-ın qılıncoynatma komandasına daxil olub. Hazırda qılıncoynatma üzrə ABŞ-da ikinci, dünyada isə səkkizinci pillədə qərar tutub.
İbtihac idmandan başqa, moda ilə da maraqlanır. Özünün dizayn verdiyi geyimlərinin satıldığı Louella adında bir mağazası da var. Amma xeyli müddətdir ki, nəzərini Rio de Janeyroya kökləyib.
İbtihac Braziliyada qalib olaraq həm İslam dünyasını, həm də amerikalıları sevindirmək istəyir.