Tarix : 2016 Aug 04
Kod 49896

Kərbəlanı İŞİD-dən qorumaq üçün 70 km uzunluğunda xəndək qazılır

İŞİD terrorçularının və onların minalanmış maşınlarının qarşısını almaq məqsədilə Kərbəla ilə əl-Ənbar əyaləti arasında 70 km uzunluğunda xəndək qazılır.
AranNews, xəbər verir ki, 70 km uzunluğunda olan xəndək Kərbəlanın qərbindən başlayaraq Nəcəf şəhərinə doğru hərəkət edəcək və əraziləri əl-Ənbar səhrasından ayıracaq.
əl-Ənbar əyalətinin Rəmadi və Fəllucə şəhərləri istiqamətindən gələn İŞİD terrorçuları bu bölgədə tez tez görünürlər.
Xəndəyin dərinliyi iki enliyi isə 3 metr olacaq.Burada hər klometrdən bir nəzarət bürcləri tikiləcək.
Kərbəlada olan təhlükəsizlik qüvvələri dəfələrlə səhradan gələn terrorçularla qarşılaşıblar. /İslaminsesi/
  • Yazılıb
  • da (də) 2016 Aug 04
  • Göndərən مدير سايت Aran News