Işğalçı İsrail rejimi Qəzza sərhədləri altından divar tikməyə başlayır.
AranNews-un verdiyi xəbərə görə, Divarın uzunluğunun 60 km, dərinliyinin isə 10 m olması planlaşdırılır. İşgal rejimi qəzetlərindən "Yediot Ahranot"un xəbərinə görə, işgal rejimi Müdafiə Nazirliyi Qəzzanın divarla izolə edilməsi layihəsi üçün tender elan edib.
Qəzza sərhəddindəki tunellərə paralel inşa ediləcək divarla bu tunelləri əhatə etməyi nəzərdə tutan layihənin 20 böyük şirkət arasında paylaşdırıldığı, beynəlxalq şirkətlərin siyasi səbəblərdən bu tenderə qatılmadıqları bildirilir.
Divarın tikilməsinə oktyabr ayından başlanacaq. Divar üzərinə yaxınlıqda tunel qazıntısı olduqda xəbərdarlıq siqnalları verəcək texnoloji cihazlar yerləşdiriləcəyi ifadə edilib. /Eastnews.org/