Ərəb Liqası baş katibinin Fələstin və işğal olunmuş Ərəb torpaqları üzrə müavini Səid Əbu Əli, boykotun sionist İsrail rejimini cəzalandırmada hüquqi və effektli bir vasitə olduğunu deyib.
AranNews, xəbər verir ki, Misirin paytaxtı Qahirədəki Ərəb Liqasının mərkəzində, Fələstin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Əlcəzair, İraq, Sudan, Mərakeş, Mavritaniya və Yəmən rəsmilərilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasından nümayəndələrin iştirakı ilə Ərəb ölkələrinin sionist İsrail rejimi məhsullarının boykot edilməsi üçün bölgə bürolarının koordinasiyası çərçivəsində konfrans keçirilib.
Konfransın açılışında çıxış edən Səid Əbu Əli belə danışıb: "Boykot sionist İsrail rejimini cəzalandırmada və irqçiliyin təcavüzkar təbiətini ortaya qoymada hüquqi və effektli bir vasitə olmasını sübut etmiş bir həqiqətdir. Sionist İsrail rejimini boykot etmək insan haqlarına və beynəlxalq qanunlara inanan hər bir insanın borcudur".
Əbu Əli konfransın keçirilməsində əsas məqsədinin dəyərləndirmə aparılmasını, boykotun fəallaşdırılmasını və beynəlxalq kampaniyaları genişləndirilməsinə davam edilməsi məsələlərini müzakirə etmək olduğunu bildirib: "Dünya xalqlarının sionist rejimin irqçiliyi və boykot edilməsi barədə məlumatlandırılmasında BDS hərəkatı böyük təsirə malikdir. Həmçinin hərəkatın iqtisadi zərərlərdən bəhs etməsi sionist İsrail rejimini təbdən çıxarır". /Deyerler.org/