Devid Herst, Birləşmiş Ərəb Əmirlikləri hökumətinin FETÖ çevrilişçilərinə Məhəmməd Dahlan vasitəsilə pul göndərməsinə dair əhəmiyyətli iddialar ortaya atıb.
AranNews-un verdiyi xəbərə görə, “The Guardian” qəzetinin keçmiş redaktoru Devid Herst idarəsini üzərinə götürdüyü “Middle East Eye” xəbər saytında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin FETÖ çevrilişçilərinə Məhəmməd Dahlan vasitəsilə pul göndərməsinə dair əhəmiyyətli iddialar ortaya atıb.
Türk xüsusi xidmət orqanlarına yaxın mənbələrə əsaslandırılan xəbərə görə, 15 iyul dövlət çevrilişi cəhdindən bir neçə həftə əvvəl Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi FETÖ-yə pul köçürüb. Pul transferi üçün də Abu Dabi vəliəhdi şahzadə Məhəmməd ibn Zeyid əl-Nahyanın xüsusi müşaviri Məhəmməd Dahlan vasitəçi olub. Digər tərəfdən, “Al-Jazeera”da yer alan xəbərdə Məhəmməd Dahlanın Türkiyədə 2013-ci ilin iyun ayında başlayan “Gezi aksiyaları” ərəfəsində Türkiyəyə gələrək ölkədə Misirdəkinə bənzər gənclərdən təşkil olunmuş hərəkat yaratmaq fəaliyyətinə başladığı ilə gündəmə gəlmişdi. İddiaya görə, Dahlan o dövrdə Zeyid əl-Nahyanın göstərişi ilə Türkiyəyə gəlmiş və müxtəlif dairələrlə təmas quraraq maddi dəstək sözü vermişdi. Dahlan daha əvvəl də Liviyada vətəndaş müharibəsi yaratmağa çalışmaqda günahlandırılmışdı. Dahlanın Fətullah Gülən ilə ünsiyyət qurmasına, ABŞ-da yaşayan fələstinli bir iş adamı köməkçi olub. Bu iş adamının şəxsiyyətinin Türkiyə xüsusi xidmət orqanlarına məlum olduğu bildirilib. Birləşmiş Ərəb Əmirliklərində də fəaliyyət göstərən “Sky News” və “Al-Arabia”kimi media qurumları 15 iyul gecəsi Türkiyədəki çevriliş cəhdinin uğurlu olduğu və hətta Prezident Rəcəb Tayyib Ərdoğanın xaricə qaçdığı kimi əsassız iddialar ortaya atıblar. Birləşmiş Ərəb Əmirlikləri hökuməti ancaq 16 saat sonra, yəni ancaq dövlət çevrilişi cəhdinin uğursuz olduğu dəqiqləşdirəndə bu cəhdi pisləyib. Prosesin uğursuzluqla irəliləməsi üzərində Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin Dahlan ilə arasına məsafə qoyduğu və Dubay hava limanında çevrilişə cəhdə iştirak etdiyi irəli sürülən iki türkiyəli generalı tutub təhvil verərək Ankara ilə münasibətləri düzəltməyə çalışdığı iddia edilib. /Eastnews.org/