ABŞ-ın modernləşdirilmiş nüvə bombalarının ilk növbədə beş Avropa ölkəsinin ərazisində yerləşdirilməsi nəzərdə tutulub.
AranNews, xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Ulyanov söyləyib. Onun sözlərinə görə, ABŞ bununla həmin ölkələrdəki nüvə silahlarını yeniləmiş olacaq:
“Bu ölkələr Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədir. Bu cür nüvə bombalarının bir hissəsi ehtiyat üçün ABŞ-da da saxlanılacaq. ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinin qəbul etdiyi qərar nə bu gün, nə də ki sabah Avropa və dünyadakı vəziyyətə təsir edəcək. Belə ki, yeni nüvə bombalarının silahlanmaya qəbulu 2020-ci ildən başlayacaq. Məhz həmin zaman onun neqativ təsirləri hiss ediləcək”.
Qeyd edək ki, ABŞ yeni B61-12 modernləşdirilmiş nüvə bombasının istehsalına başlayıb. Bu bombalar silahlanmaya 2020-də qəbul ediləcək.
Hazırda Türkiyədəki İncirlik aviabazasında ABŞ-a məxsus nüvə bombaları var. Onların sayının 60-dan çox olduğu güman edilir. /Axar.az/