Türkiyədə hərbi çevriliş cəhdi ağır xərc olsa da, ölkənin siyasi və sosial quruluşu öz inkişaf prosesini daha sürət və keyfiyyətlə davam etdirə bilər.
AranNews- Türkiyədə hərbi çevriliş xəbəri demək olar ki, son illərin ən şok xəbərlərindən sayılır. Hadisənin səbəb və prosesindən əlavə önəmli məsələ dövlətlərin, siyasi təşkilatların və dünyada ümumi fikrin bu siyasi məsələyə raaksiyası idi.
İqtisadi-siyasi məsələlər üzrə ekspert və professor Əlirza Sultaninin qələmi ilə yazılmış və 25 iyulda dərc edilmiş sözügedən məqalənin ardında deyilir:
Dünya ölkələri və ümumi fikir tərəfindən Türkiyənin qanuni dövlətinin dəstəklənməsi və çevriliş etmək istəyənlərin məhkum edilməsi Türkiyənin inkişaf hərəkətinin qüvvətləndiricisi hesab olunur. Başqa sözlə, Türkiyə bundan sonra daxili məntiqi şərait yarandıqda özünün inkişaf prosesindən çox beynəlxalq dəstəyə ümidvar ola bilər.
Amma bu məqalənin əsas sözü Türkiyədə baş verən hərbi çevrilişi iqtisadi inkişaf siyasəti Prizmasından araşdırmaqdır. Məqlənin əsas fərziyyəsi də buna əsaslanır ki, son çevriliş Türkiyənin öz inkişaf prosesi üçün ödədiyi əvəzdir.
Yuxarıdakı fərziyyənin izahında bu nöqtə təkid olunur ki, inkişaf təhlükəli və çox xərc aparan bir məsələdir. Bu inkişaf öz hərəkət yolunda bir çox eniş-yoxuşları təcrübə edir. İnkişaf o qədər də asan bir proses deyil. Bu prosesin bir sıra zərurət və müqəddimələri vardır ki, onlar yaranmalıdır. Həmin zərurət və müqəddimələr bəzən tədriclə, uzun bir prosesdə və pilləli surətdə yaranır.
Dünyada bəzi ölkələr inkişaf mərhələsini keçmiş, amma müxtəlif səbəblərdən ictimai, ya siyasi struktura hazır olmamış, yaxud da beynəlxalq problem və maneələr üzündən yarıyolda dayanış və sonra yenidən geriləməni təcrübə etmişlər. Ölkələrin inkişafı yolu üzərində müxtəlif problem və əngəllər dayanır. Etiraf etmək olar ki, inkişafı xarab və məhdud edən amillər onu inkişaf etdirən amillərdən daha çoxdur.
Qəbul etmək lazımdır ki, inkişaf prosesində iqtisadi, sosial, mədəni və siyasi strukturlar kimi geniş faydalanmalı olan inkişaf etməmiş amillər inkişaf və hərəkətin qarşısında dayanır və onu öz məcrasından çıxarmağa, yaxud sapındırmağa cəhd edir. Bu günləri inkişaf etmiş ölkələrdən başqa dünyanın bütün ölkələri inkişaf etməkdə olan ölkələr sırasındadır.
Amma ikinci inkişaf dalğasında uğur qazanmış və öz inkişaf prosesini davam etdirə bilmiş ölkələr, daxili problemləri aradan qaldıra bilən ölkələrdir. Bu zümrədən olan ölkələr isə çox azdır.
Yeni zühur etmiş iqtisadi güclər bu ölkələr sırasından hesab olunur. Əlbəttə, Cənubi Koreya, Maleziya, Sinqapur, Tayvan artıq öz inkişaf prosesini möhkəmləndirmişdir. Amma inkişaf etməkdə olan ölkələr sırasına daxil olan digər ölkələr hələ də bu yolda çoxlu təhlüklərlə üz-üzədirlər və bu şəraiti möhkəmləndirənə kimi çoxlu əvəzlər ödəməli, təhlükələri geridə qoymalıdırlar. Türkiyə, Braziliya, Meksika, Hindistan, Çin, Argentina, Cənubi Afrika və Rusiya bu qəbil ölkələrdən sayılır. Bu ölkələrin hamısı inkişaf yolunda sürət və yüksək keyfiyyəti təcrübə etsələr də daxili siyasi və ictimai strukturların müqaviməti, həmçinin siyasi səhnədə güc qüvvələrinin iştirakı kimi məsələlər üzündən hələ də inkişaf sahəsində qeyri-sabitdirlər.
Digər tərəfdən qəbul etmək lazımdır ki, inkişaf bir çox ictimai və siyasi hərəkətlərin gücünü və mövqeini zəiflədir. İnkişaf etməmiş şəraitdə yüksək mövqei və ictimai təsiri olan belə güclərin inkişafı qəbul və həzm etmələri çox çətindir.
Hərbi güc bu qüvvələrin başında dayanır. Hərbi qüvvə adətən, təkbaşına, yaxud digər ictimai qüvvələrlə koalisiya surətində inkişafçıların qarşısında dayanır. Türkiyə də bu qaydadan müstəsna deyil. Hətta bu ölkənin yaranmasının əvvəllərindən siyasi arenasında hərbinin yüksək mövqeinə diqqət etməklə bu qayda ilə daha çox uyğunluğu vardır. Türkiyə 1980-cı ildən inkişaf üçün ilk addımlarını atıb və tədriclə inkişafın infrastrukturunu yaradıb.
Türkiyənin inkişaf hərəkətlərinin ilk əlamətləri 2000-ci ildə görünməyə başladı. Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi və partiyanın güclü sosial bazasına diqqət etməklə ölkənin iqtisadi sahədə və ona tabe olaraq siyasi sahədə inkişafının sürət və keyfiyyəti artmağa başladı, Türkiyə çox tez yeni zühur etmiş iqtisadi ölkələrin sırasına daxil oldu.
Amma hərbi çevrilişin nəticəsi Türkiyə və onun inkişafı prosesində başqa bir təsir qoydu. Çevrilişin məğlub olması bu prosesə mane ola bilməyəcək (bu şərtlə ki, dövlətin inkişaf meyilli siyasiləri müdriklik göstərsin), üstəlik, onu gücləndirəcək, onun sürət və keyfiyyətinə kömək edəcək. Bu hökm qəti ola bilər. Bu hadisənin Türkiyənin inkişaf hərəkətinə təsiri və bu ölkənin məlum çevrilişdən nə qədər faydalana bilərək iqtisadi inkişafı öz xeyrinə həll edə bilməsi dövlətin və şəxsən Ərdoğanın çevrilişdən sonra seçdiyi siyasətə bağlıdır. Qətiyyətlə demək olar ki, Türkiyə qarşıdakı aylarda daxili siyasətlərdə dəyişiklik edəcək.
Türkiyə, hakim partiya və Ərdoğanın son hərbi çevrilişdən nailiyyətlərdən biri də hərbi qüvvəni güc illüziyasından tamamilə xaric etmək idi. Son illərdə inkişafçı hərəkətdən uzaq qalmış Türkiyə dövləti və hakim AKP son hərbi çevrilişlə bu fasiləni təbii olaraq azaldacaq. Bu hərəkət dəyişkənliyi təbii olaraq regional müsbət nəticələrə səbəb olacaq.
Belə nəticə almaq olar ki, iqtisadi inkişaf siyasəti prizmasından son hərbi çevriliş Türkiyə üçün ağır xərc olsa da, ölkənin siyasi və sosial quruluşu bu ağır hadisədən iqtisadi inkişaf üçün bir potensial və əlavə enerji kimi yararlana bilər, öz inkişaf prosesini daha sürət və keyfiyyətlə davam etdirə bilər. /“Etimad” qəzeti/