Arif Hacılı "təşəbbüs qrupu"nun yaradılmasından xəbər verib.Təşəbbüs qrupu ölkə konstitusiyasına ediləcək dəyişikliklər əleyhinə mübarizə aparacaq.
Arannews- Müsavat partiyasının sədri Azərbaycan kanstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı son razılığın ardınca "təşəbbüs qrupu" yaradıb.
Müsavat partiyasının sədri Arif Hacılı "təşəbbüs qrupu"nun yaradılmasından xəbər verib.
Qrup D18, Real və Nida gənclər təşkilatları tərəfindən Azərbaycan konstitusiyasının dəyişdirilməsi əleyhinə təsis edilib.
Arif Hacılı deyib: Təşəbbüs qrupu Azərbaycan konstitusiyasına ediləcək dəyişikliklər əleyhinə mübarizə aparacaq.
Azərbaycanın Konstitusiya Məhkəməsi bazar ertəsi günü ölkədə konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı referendumun keçirilməsi ilə razılaşıb.
Azərbaycan konstitusiyasına dəyişikliyin edilməsi üzrə referendumun keçirilməsi haqda istək 18 iyulda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təqdim edilmişdi.
Azərbaycan Prezident Administrasiyası çərşənbə axşamı bir bəyanat yayaraq, 26 sentyabrı konstitusiyaya ediləcək dəyişikliklə bağlı keçiriləcək referendumun tarixi elan edib.