Tarix : 2016 Aug 05
Kod 49905

Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd var

Hazırda bu sənədlər araşdırılır.
Arannews- Türkiyə Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd təqdim edib.
bunu Nyu-Yorkda jurnalistlərə Türkiyə parlamentinin MHP-dən olan üzvü Kamil Aydın deyib.  
Qeyd edək ki, Kamil Aydın Fətullah Gülənin tez bir zamanda ABŞ-dan Türkiyəyə ekstradisiya edilməsinə nail olmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvüdür. Nümayəndə heyəti Ədliyyə Nazirliyi daxil olmaqla, ABŞ-ın bir sıra dövlət qurumlarında görüşlər keçiriblər.  
 “Onlar bizə Türkiyədən 85 qutu sənəd qəbul etdiklərini bildiriblər. Hazırda bu sənədlər araşdırılır”, - deyə Kamil Aydın Türkiyənin BMT-dəki daimi nümayəndəliyində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi üzrə danışıqlar hazırda davam etdirilir.  


  • Yazılıb
  • da (də) 2016 Aug 05
  • Göndərən مدير سايت Aran News