Səudiyyə Ərəbistanının ən nüfuzlu dini və hüquqi orqanı Yəməndə aparılan müharibə ilə əlaqədar olaraq öz tərəfdarları və müəssisələrə maliyyə yardımı etmələri istiqamətində çağırış edib.
AranNews-un verdiyi xəbərə görə, Krallığın baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah Nəcran və Cizan vilayətlərinin cənub-qərbindəki sərhəd bölgələrində yerləşən qoşun üçün pul toplamağa çağıraraq, bunu "müqəddəs vəzifə" kimi səciyyələndirib.
Dəfələrlə özünün ziddiyyətli fitvaları ilə gündəmə gələn Əbdüləziz ibn Abdullah Ramazan ayında Yəməndə döyüşən qrupların oruc ibadətindən azad olduğunu bildirmişdi. /PressTv/