Wikileaks-in qurucusu Culian Assanj açıqlama verərək, ABŞ prezidentliyinə Demokrat partiyanın əsas namizədi Hillari Klintonun suriyalı "müxaliflər"i silahlandıran bir şirkət vasitəsilə 100 min dollar gəlir əldə etdiyini deyib.
AranNews, “Deyerler.org”-a istinadən xəbər verir ki, Assanj Democracy Now-a verdiyi açıqlamasında, Klintonun ABŞ dövlət katibi olduğu vaxt Suriyada "müxalifləri" silahlandırmaqla səlahiyyətləndirilən bir şirkətə rəhbərlik etdiyini bildirib.
Açıqlamalarını Klintonun serverindən itmiş emaillərini mənbə göstərən Assanj, bu emaillər arasında Klintonun İŞİD-in silahlandırılmasına kömək etdiyi və bunu bilərəkdən həyata keçirdiyini göstərən sənədlərin də olduğunu deyib.