Tarix : 2016 Aug 05
Kod 49908

İraqın müdafiə naziri: "Könüllü xalq qüvvələrinin yaradılması Bağdadın işğalının qarşısını aldı"

İraqın müdafiə naziri Xalid Əl-Ubeyd, könüllü xalq qüvvələrinin yaradılması ilə paytaxt Bağdadın terrorçular tərəfindən işğal edilməsinin qarşısını aldığını bildirib.
AranNews, xəbər verir ki, Xalid Əl-Ubeyd, PressTV-yə verdiyi xüsusi müsahibəsində, Ayətullah Sistaninin könüllülər təşkilatının yaradılması üçün verdiyi fətvasının Bağdadın terrorçular tərəfindən işğal edilməsinə mane olduğunu qeyd edib.
İraqın müdafiə naziri İŞİD-in işğal etdiyi 40% İraq torpaqlarından 10%-ə qədər gerilədiyini xatırladaraq, ABŞ-ın yeni qüvvələrinin Mosulun cənubundakı Kiyarə bazasına yerləşdiriləcəyini deyib.
Ubeydi, həmçinin Türkiyə qüvvələrinin Mosulun şərqindəki Başika düşərgəsinə yerləşməsinin Neynəva vilayətinin azad edilməsinə maneə törətdiyini qeyd edib.
Xalid Əl-Ubeydi Qərb qüvvələrinin İŞİD-in zorakılıqları müqabilində İraq və təhlükəsizlik qüvvələrinə dəstək verməyə məcbur olduqlarını deyib.
Müsahibənin davamında Ubeydi Peşmərgə qüvvələrinin də İraq təhlükəsizlik qüvvələrinin bir hissəsi olduğunu vurğulayıb.
İraq müdafiə naziri İraq ordusunun könüllü xalq qüvvələrinə ehtiyacı olduğunu bildirərək, Fəllucədəki təcrübələrin Mosuldakı xilasetmə əməliyyatlarında da həyata keçiriləcəyini vurğulayıb. /deyerler.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 05
  • Göndərən مدير سايت Aran News