Möhsün Pakayin İranın Azərbaycandakı yeni hərbi attaşesini Zakir Həsənova təqdim edib.
Arannews- İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında baş tutan görüş zamanı iki ölkə əlaqələrinin genişləndirilməsi və Tehran-Bakı münasibətlərinin möhkəmləndirilməsi yolları araşdırılıb.
Bu görüşdə tərəflər regionun siyasi və təhlükəsizlik məsələləri ilə bağlı son durumunu da müzakirə ediblər.
Möhsün Pakayin bu görüşdə həmçinin, İranın Azərbaycandakı yeni hərbi attaşesi polkovnik Əli Seyfini Azərbaycanın müdafiə naziri Zakir Həsənova təqdim edib.
Zakir Həsənov da İranın Azərbaycandakı yeni hərbi attaşesini salamlayaraq, iki ölkə əlaqələrinin genişləndirilməsini vurğulayıb, gələcək fəaliyyətlərində polkovnik Əli Seyfiyə uğurlar diləyib.