Tarix : 2016 Aug 06
Kod 49916

Türkiyə səfiri: "Belə ağır günlərdə kimin dost, kimin düşmən olduğu ortaya çıxır"

Türkiyənin İrandakı fövqəladə və səlahiyyətli səfiri Rza Hakan Tekin "15 Temmuz" dövlət çevrilişi və İranın olanlara münasibəti barədə açıqlamalarla çıxıış edib.
AranNews-un verdiyi xəbərə görə, "Təsnim" xəbər agentliyinin qonağı olan səfir bir sıra mühüm məqamlara toxunub.    
Səfirə görə, İran "15 Temmuz" çevriliş cəhdinin ilk günündən etibarən hadisəyə sərt reaksiya verdi və ABŞ ilə Körfəz ölkələrini xuntaçılarla həmkarlıqda ittiham etdi.     
Türkiyənin Tehran səfir Rza Hakan Tekin İran prezidentinin də mövqeyini xatırladaraq deyib: “Ruhani çevriliş cəhdindən sonra Ərdoğana telefon açdı. Səhərə qədər yata bilmədiyini və hadisəni izlədiyini söylədi".   
Ali Dini Lider Ayətullah Seyyid Əli Xameneyinin çevriliş cəhdinin arxasında ABŞ-ın olduğuna fikirlərə də münasibət bildirən səfir qeyd edib ki, hadisədən dərhal sonra Ayətullah Xamaneyinin baş müşaviri Əli ƏkbƏr Vilayəti ilə görüşüblər. Səfir H.Tekin bütün İran rəsmilərinin qiyamçılara qarşı Türkiyə xalqı və dövlətini dəstəklədiyini vurğulayaraq deyib: “Belə ağır günlərdə kimin dost, kimin düşmən olduğu ortaya çıxır. 
Ə.Vilayəti həmçinin Ayətullah Xameneyinin fikirlərini təkrarlayaraq “Türkiyə ilə dost olduqlarını iddia edən bəzı bölgə ölkələri Türkiyədəki legitim hökumətə qarşı qiyamçılara dəstək verdi” ifadələrini sərf etdi".   
Sonda Türkiyə diplomatı agentliyin işi ilə yaxından tanış olub, media nümayəndələri ilə yaxından ünsiyyət qurub. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 06
  • Göndərən مدير سايت Aran News