ABŞ terrorçu təşkilatların siyahısını yeniləyib. Belə ki, ABŞ “Taliban” hərəkatının Pakistandakı qolu olan “Təhriki Taliban Pakistan” və “Camaat əl-Əhrar” təşkilatlarını siyahıya əlavə edib.
AranNews-un verdiyi xəbərə görə, Bu barədə ABŞ Dövlət Departamenti mətbuata açıqlaması zamanı qeyd edib.
Xatırladaq ki, “Camaat əl-Əhrar” təşəkilatı ötən il dekabr ayından etibarən ölkədə törədilən azı 5 böyük terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Bu terror aktları arasında katolik xaçpərəstlərin Lahor şəhərində yerləşən əyləncə parkında keçirdiyi bayram tədbirləri zamanı kamikadzenin özünü partlatması da var. Adı çəkilən hadisə 70 nəfərin ölümünə və 300 nəfərin yaralanmasına səbəb olmuşdu. /RİA Novosti/