Tarix : 2016 Aug 06
Kod 49918

ilahiyyatçı Məhbusun Məhəkəməsi Keçirilib

BAM-ndə Z.Mikayılzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Arannews- Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Z.Mikayılzadənin apellyasiya şikayəti təmin edilməyib. Birinci instasiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Z. Mikayılzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. İstintaq orqanının verdiyi təqdimat təmin olunub və Z.Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.


  • Yazılıb
  • da (də) 2016 Aug 06
  • Göndərən مدير سايت Aran News