Türkiyədə 15 iyul tarixində hərbi çevriliş cəhdindən sonra saxlanılan İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu və digər 10 nəfər məhkəməyə gətirilib.
AranNews-un verdiyi xəbərə görə, İstanbul İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən saxlanılan və ifadəsi alınan Hüseyn Avni Mutlu ilə birlikdəki 6 valinin, 1 vali köməkçisinin və 3 kaymakamın polis idarəsindəki sorğusu yekunlaşıb.
Çevik Polis Alayı avtobusları ilə Bayramğaşa Dövlət Xəstəxanasına gətirilən şübhəlilər tibbi yoxlanışdan keçirilib. Şübhəlilərin xəstəxanaya girişi və çıxışı zamanı vətəndaşlar etiraz aksiyası keçirib.
İttiham olunan şəxslər daha sonra məhkəməyə aparılıb. /Gazete Vatan/