Suriyanın Hələb şəhərində terrorçuların təmizlənməsi istiqamətində şiddətli döyüşlər davam edir.
AranNews-un verdiyi xəbərə görə, Son əməliyyatların birində isə Əhraruş-Şam terror təşkilatının komandiri Əbu Muhəmməd əl-Sari və köməkçisi Əbu Əyyubun ordu tərəfindən məhv edilib. Terroçuların məhv edilməsi əməliyyatı anbaan görüntülənib.
Peykdən çəkilən görüntülər vasitəsilə sözügedən əməliyyatı izləyə bilərsiniz.
Əhraruş-Şam terror qruplaşması 2011-ci ildə Suriyanın Hələb şəhərində qurulub. Qruplaşmanın əsas hədəfi legitim Bəşər Əsəd iqtidarına qarşı mübarizə aparmaq olub. Mərkəzi qərargahı İdlibdə yerləşən qruplaşmanın üzvləri vəhhabilərdən ibarətdir. /Eastnews.org/