Qəzzada sionist rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərə dəstək aksiyası keçirilib.
AranNews bildirir ki, Livanın əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, bu aksiya cümə günü Fələstin İslami Müqavimət Hərəkatı (Həmas)-ın çağırışı əsasında və İsrail həbsxanalarında aclıq aksiyasına başlamış fələstinli əsirlərə dəstək məqsədi ilə keçirilib.
Həmas etiraz aksiyası zamanı İsrailin fələstinli əsirlərə qarşı insanlığa yaraşmayan rəftarlarını qınayıb və dünya ictimaiyyətindən bu cinayətlər qarşısında sükutunu pozmağı istəyib.
Həmasın rəhbərlərindən olan Fuzi Bərhum deyib: İsrail zindanlarında yaşananlar sözün əsl mənasında cinayətdir və əsirlərin hüquqlarının pozulmasıdır. Amma, dünya gözlərini bu cinayətlərə yumaraq, sükut edir.
Sionist İsrail rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərdən 400-ü mühakimə edilmədən həbsdə saxlanılmalarına etiraz olaraq, aclıq aksiyasına başlayıb.