hər iki kəşfiyyat təşkilatının müxtəlif strukturlar kimi deyil, bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi və bu səbəbdən də hər iki quruma bir nəfərin rəhbər təyin edilməsi planlaşdırılır.
Arannews- Türkiyədə daxili və xarici kəşfiyyat xidmətləri yaradılacaq.
bu barədə qərar Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə qəbul olunub.
Yeni qaydalara əsasən, hər iki qurum Prezident Administrasiyasının tabeliyinə veriləcək.
Ayrıca, MİT-in bir hissəsində Kəşfiyyat Müşavirliyi (GİM) formalaşdırılacaq. Eyni zamanda, telefonların dinlənməsi ilə məşğul olan və bağlanması gündəmdə olan Telekommunikasiya və Rabitə İdarəsi (TİB) də bu qurumun tabeliyinə veriləcək.
Beləliklə, GİM daxili, MİT isə xarici kəşfiyyat orqanına çevriləcək. Bundan başqa, hər iki kəşfiyyat təşkilatının müxtəlif strukturlar kimi deyil, bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi və bu səbəbdən də hər iki quruma bir nəfərin rəhbər təyin edilməsi planlaşdırılır. Bununla belə, hər iki quruma ayrı-ayrı şəxslərin təyinatı da nəzərdən keçirilir.