bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.
Arannews- 2016-cı ilin ilk yarım illiyi ərzində Rusiyadan MDB ölkələrinə elektrik enerjisinin ixracı 45% azalıb.
bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.
Qurumun məlumatına görə, ilk yarım il ərzində MDB ölkələrinə 2,032 mlrd. kVt/saat elektrik enerjisi tədarük edilib. Bu müddət ərzində MDB ölkələrinə enerji ixracından əldə olunan gəlir 81,1 mln. dollar təşkil edib.
Bununla belə uzaq xaricə tədarükün həcmi 1,6% artaraq 6,11 mlrd. kVt/saat olub. Ümumilikdə tədarükük dəyəri 206,8 mln. dollar təşkil edib.
Bundan əvvəl isə bildirilib ki, Rusiyanın yanacaq-enerji məhsulllarının tədarükündən gəlirləri bu ilin yanvar-aprel aylarında ötən illə müqayisədə 38,9% azalıb. Ticarət balansının saldosu da 33,1 mlrd. dollar azalaraq, 2015-ci illə müqayisədə 30,8 mlrd. dollar az olub.