Tarix : 2016 Aug 07
Kod 49927

ABŞ müsəlmanlara qarşı bioloji silahdan istifadə edir

İran ordusunun quru qoşunları komandanı Əhməd Rza Purdestan İranın qərbi Azərbaycan vilayətinə yeni təyin edilən quru qoşunları komandanının təqdimat mərasimində çıxış edib.
AranNews-un verdiyi xəbərə görə, Öz çıxışında general Purdestan həftə ərzində artıq ikinci dəfə İranın nüvə danışıqları və bağlanan sazişlərin gizli mənalarından danışıb.
Generalın sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyalar iflasa uğrayıb və onun əsas məqsədi olan xalqla dövlət arasında uçurum yaratmaq niyyətinin də uğursuzluğa düçar olduğunu bildirib.  
İrana qarşı yumuşaq müharibə elan edildiyini bildirən Purdestan döyüşə hibrid müharibənin bütün alətlərinə o cümlədən keyfiyyətsiz məhsulların vasitəsi ilə müsəlman əhalinin sayını azaltmağı nəzərdə tutan bioterrorçuluğa əl atıldığını deyib.
Bundan əlavə, iranlı general ABŞ-ın 2009-cu ildə İranda qarışıqlıq planlarının iflasa uğramasınıdan da danışıb. O, bildirib ki, ABŞ 2009-cu ilin məğlubiyyətindən sonra hələ də sakitləşə bilməyib. /Regnium/
  • Yazılıb
  • da (də) 2016 Aug 07
  • Göndərən مدير سايت Aran News