Sənədli film əslində onun hər zaman çalışdığı fələstinli bir televiziya prodüseri olan Əhməd Barğuti tərəfindən sifariş edilib.
AranNews-un verdiyi xəbərə görə, Bu müsahibənin BBC-də yayımlanacağını zənn edən vəzifəlilər 2006-cı ildəki İsrail-Livan müharibəsi haqqında danışıb.
Livanda “Hizbullah”a bağlı yayım həyata keçirən “Al Mayadeen TV”-də 4 avqustda İsrailin keçmiş xarici işlər naziri Tipi Livni, keçmiş müdafiə naziri Amir Peretz və Baş Qərargahının rəisi Eyal Ben-Reuvenin narahatlığına səbəb ola biləcək bir sənədli film yayımlanıb.
2006-cı ildəki “33 Gün Müharibələri” kimi tanınan İsrail-Livan müharibəsi zamanı vəzifədə olan bu üçlük 2006-cı ildə İsrailin Livana necə müharibə elan etdiyini, Beyrutun necə işğal edildiyini və 1400 livanlının öldürülməsini müxbirə bütün çılpaqlığı ilə danışıb. İtalyan müxbir Miçela Mon BBC-də yayımlanacağını söyləyərək Livni, Peretz və Reuven ilə müsahibə həyata keçirib.
Ancaq sənədli film əslində onun hər zaman çalışdığı fələstinli bir televiziya prodüseri olan Əhməd Barğuti tərəfindən sifariş edilib. Keçdiyimiz günlərdə “Hizbullah”a bağlı “Al Mayadeen TV”-də bu müsahibələrin bir sənədli filmin hissəsi kimi yayımlandığını görən üç keçmiş dövlət vəzifəlisinin mətbuat müşavirləri heç birinin bu barədə məlumatı olmadığını, ingilis media yayım təşkilatı BBC-yə müsahibə verdiklərini güman etdiklərini bildiriblər. Müsahibə alan Miçela Mon isə özünün də aldadıldığını və Barğutiyə güvəndiyi üçün müsahibələri aldığını deyib.
Fərqində olmadan “Hizbullah”ın təbliğat vasitəsi halına gələn üç vəzifəlinin vəziyyətdən çox peşman olduqları da qeyd olunub. /Sputnik/