HƏMAS-ın siyasi bürosunun üzvü Mahmud Zahar Fəth təşkilatının lideri Mahmud Abbas barədə mövqeyini açıqlayıb.
AranNews-un verdiyi xəbərə görə, Mahmud Abbasın terror təşkilatı lideri Məryəm Rəcavi ilə görüşməsini tənqid edən Mahmud Zahar, Fəth liderini qərb dövlətlərinə xidmət etməkdə ittiham edib.
Mahmud Abbasın qərbin layihəsi olduğunu bildirən Mahmud Zahar, məqsədin İslami hərəkatları, sünni və şiə müsəlmanı yaşayan dövlətləri zəiflətmək olduğunu diqqətə çatdırıb. "Terrorçular həmişə ağalarının tapşırığına uyğun hərəkət edirlər.
Mahmud Abbasın terrorçulardan bir fərqi yoxdur", deyə Mahmud Zahar qeyd edib. /Tasnim/