Tarix : 2016 Aug 07
Kod 49931

İsrail strateqi:“İŞİD-in yox edilməsi tarixi bir səhv olar”

ABŞ Müdafiə naziri Aş Karter son zamanlarda təşkilatın yox edilməsi üçün böyük kampaniyalara başlayıb.
Ötən günlərdə bu məqsədlə toplanan müdafiə nazirləri yığıncağına da o, liderlik etdi. Ancaq İŞİD-in yox edilməsi tarixi bir səhv olar”.
AranNews, xəbər verir ki, tanınmış İsrail strateqlərindən sayılan Efraim İnbar belə fikirləşir.
“Jerusalem Post” qazetində dərc olunan məqaləsində strateq fikirlərini bir sıra amillərlə əsaslandırıb. Onun fikrincə, əvvəla, bu təşkilat siyasi boşluqların olduğu zəif dövlətlərə qarşı döyüşür: “Ancaq bitirilmə həddinə gəldiyi zaman İŞİD indiki sərhədlərindən kənara çıxa, başqa coğrafiyalarda hücumlarını artıra və Qərbdəki müsəlmanları daha çox radikallaşdırmaq imkanı əldə edə bilər”.
Müəllif Qərbin dünyada stabillik yaratmaq naminə İŞİD-i məhv etməsinin də düzgün olmadığı qənaətindədir: “Qərb sabitlik axtarır və İŞİD-i birdəfəlik bitirərək hərbi hədəflərə çatmağı arzulayır. Amma sabitlik hər zaman yeganə dəyər ola bilməz. Sabitlik yalnız bizim maraqlarımıza xidmət etdiyi zaman dəyər kimi qiymətlidir”.
İŞİD-i bitirməyi İran zülmünü bölgədə yaymaq kimi qiymətləndirən yazar bununla daABŞ-ın bölgəni Moskva və Tehranın qucağına atdığına inanır.
Qeyd edək ki, İŞİD-in İsrail tərəfindən dəstəklənməsi yalnız strateji müzakirələr səviyyəsində qalmır, bəzən bunun real təzahürləri ortaya çıxır. Xüsusilə son zamanlar İŞİD-in İraq və Suriyada İsrail texnologiyasından istifadə edərək raketdənmüdafiə sistemi qurduğu məlum olmuşdu. Mütəxəssislər “xilafətçilərin” əlindəki texnologiyaların təkcə İsrailə aid olmadığını, Yaponiya şirkətlərindən “Sony”-nin də bu sistemlərə kameralar yerləşdirdiyini iddia edirlər. /Strateq.az/
  • Yazılıb
  • da (də) 2016 Aug 07
  • Göndərən مدير سايت Aran News