AranNews, xəbər verir ki, Taliban qruplaşmasının sözçüsü Zəbihullah Mücahid bildirib ki, xarici qüvvələrin yerləşdiyi oteldə, kəşfiyyat-koordinasiya mərkəzi kimi fəaliyyət göstərən binanda partlayış törədilib.
Əməliyyatı Talibanın 4 mücahidi həyata keçirib. Əvvəlcə partladıcı maddələrlə dolu avtomobil Nart otelinin yaxınlığında yerləşdirilib. Avtomobil partladılandan sonra o biri 3 mücahid otelə daxil olub.
Partlayışdan sonra oteldəki hərbçiləri uçmuş divarlar altında qalıb. 100-ə yaxın hərbçinin öldürüldüyü bildirilir. Taliban qruplaşmasının sözçüsü Zəbihullah Mücahid deyib ki, Amerikanın Əfqanıstanda məğlubiyyəti danılmazdır. Sadəcə onlar hələ də iqtidarlı olduqlarını göstərmək üçün çalışırlar. /SizinYol.com/