çevriliş cəhdindən 1 gün öncə ABŞ səfiri kimliyi hələ müəyyənləşdirilməyən yüksək çinli zabitlə görüşüb.
Arannews- ABŞ-ın Türkiyə səfiri Con Bass, "dövlət çevrilişi cəhdində bizim əlimiz yoxdur" desə də, ortaya çıxan mənzərə Bassın yalan söylədiyini göstərir. ABŞ-ın Ankara səfiri Con Bass çevrilişdə Amerikanın əlinin olması iddialarından sonra müxtəlif mətbuat orqanlarından 10 jurnalistə, hükumətinin "15 iyuldan 16 iyula keçən gecədə baş verən qeyri-qanuni hərəkətləri planlaşdırmadığını, idarə etmədiyini, dəstəkləmədiyini və bunlarla bağlı əvvəlcədən bir məlumatı olmadığını" bir daha bildirib.
Səfir Bassın açıqlamalarının hələ gündəmdə olduğu bir vaxtda yeni bir görüntü ortaya çıxıb. Çengelköydə bir restoranın kamera görüntüləri yayılıb. Videoda Bassın kimliyi hələ müəyyənləşdirilməyən yüksək çinli zabitlə birgə addımladığı görünür. Dövlət çevrilişi cəhdindən bir gün əvvəl baş tutan bu görüşdə aparılan danışıqların sıradan bir danışıq omadığı gün kimi aydındır. Bu görüntülər Con Bassın yalan söylədiyini açıq şəkildə ortaya çıxarır.