Türkiyənin Sabah qəzeti yazır: “Ərdoğan, Bəşər Əsədin Türkiyədəki uğursuz hərbi çevriliş qarşısında mövqeini dəyərləndirmişdir”.
AranNews- Redaksiyamızın Türkiyənin “Sabah” qəzetinə istinadla verdiyi xəbərə görə Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin Türkiyədə baş verən uğursuz hərbi çevriliş qarşısında tutduğu mövqei dəyərləndirərək deyib ki, Bəşər Əsədlə mənim aramızda böyük soyuqluq olmasına baxmayaraq Əsəd hərbi çevriliş cəhdini pislədi, lakin müttəfiqlərimiz bizə arxadan zərbə vurdu.
Ərdoğan Ərəbistan, Amerika və Avropa ölkələrinin hərbi çevrilişə cəhd qarşısında tutduqları mövqelərini tənqid edərək deyib: “Bizim onların dəstəyinə ehtiyacımız olduğu vaxt onlar bizə arxadan xəncər vurdular”.
Qəzetin yazdığına görə Ərdoğan hərbi çevrilişə cəhddə əlləri olanları ifşa edəcəyini deyib.
Bu ilk dəfədir ki, Ərdoğan suriyalı həmkarının mövqeini qiymətləndirir. Bu məsələ onun qonşu ölkələrlə münasibətlərinə yenidən baxmaq istəməsini, düşmənlərini azaltmaq, dostlarını artırmaq fikrində olduğunu göstərir.
Türkiyənin baş naziri Binəli Yıldırım da Misir, Rusiya, İsrail və Suriya kimi qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağın lüzumuna dəfələrlə təkid etmişdir.