Gülənçilərsiz və kamalçılarsız ordu, sekülarçılarsız məhkəmə sistemi, Ərdoğanın konstitusiyanı dəyişməsi qarşısında sonuncu manelərin çöküşü deməkdir.
AranNews- 22 mayda Devid Kameron Avropa Birliyində qalmağı müdafiə etdiyi ilk televiziya debatında aparıcının cavab gözləyən gözlərinə gözünü zilləyərək dedi: “Türkiyənin Avropa Birliyinin şərtlərinə cavab verməsi prosesinə diqqət etməklə, 3000-ci ildən öncə AB-nin üzvü ola bilməyəcək.”. Yəni Türkiyənin gələn 984 ildə Avropa Birliyinin üzvü olması mümkün deyil.
Türkiyə ilk dəfə olaraq “miqrantlar dalğasından narahatlığı” “Breksit”in mətninə artırdı və bu tərəflərin debatının əsas mövzusuna çevrildi.
Referenduma 9 gün qalmış “Nyu-York Times” qəzeti Türkiyənin AB-nə üzvlük mövzusuna toxunaraq onu İngiltərənin bu birlikdən çıxmasını istəyənlərin əsas narahatlıqlarından biri olduğunu qeyd etdi. Narahatlıq oradan qaynaqlanır ki, Türkiyənin potensiallarına diqqət etməklə bu ölkə Avropa Birliyinin əsas bloklarından birinə çevrilə bilər. Halbuki, Türkiyə Avropanın əsas gücləri ilə müqayisədə zəifdir, müsəlman ölkəsidir, Suriya ilə sərhəddir və bu amillər Britaniyanın müsəlman gənclərini çox asanlıqla radikalizm tələsinə sala bilər və İŞİD mərkəzinə tərəf çəkər.
22 iyunda Böyük Britaniya əhalisi AB-dən çıxmağa müsbət səs verdi və həmişəlik olaraq qaçqın dalğası narahatlığından yaxa qurtardı. Amma birliyin digər ölkələri və Türkiyə üçün bu narahatlıq hələ də davam edir.
Bir zamanlar Davudoğlunun “strateji dərinlik” diplomatiyası ilə hərəkət edən Türkiyə 2016-cı il 22 mayda (təsadüfən, Kameronun televiziya debatı ilə eyni vaxta düşdü) öz memarını hakimiyyət gəmisindən endirdi ki, yeni dəyişiklik ilə dünyanın siyasətə qarışmış burulğanlı yolunu başdan keçirməklə yeni durumla qarşılaşdı. Bir tərəfdən ağır iqtisadi təzyiq, digər tərəfdən də yoldaşlarının əhdə vəfasızlığı. Nə ərəblər yola gəldilər, nə də avropalılar. Avropa Birliyinin dəstəyindən məyus olmuş Ərdoğan başqa yol tutmalı oldu.
İlk addımda Briksitdən 4 gün sonra öz köhnə müttəfiqinin 6 illik yarasının üzərinə məlhəm qoydu və İsraillə ixtilaflarını həll etdi. Bu razılaşma bir İslam ölkəsinin İsrail qarşısında geri çəkilməsi mənasına olaraq, Ərdoğanın özü üçün qondardığı İslam dünyasına rəhbərlik maskasını onun üzündən götürdü.
Bundan iki gün sonra Ərdoğan önəmli və tarixi bir dönüşlə Putinlə telefon danışığı apardı. Halbuki, Türkiyə ondan öncəki gün məlum hadisələrə görə Rusiyadan üzr istəmişdi.
İyunun 15-də gecə yarısı Türkiyə beşinci dəfə olaraq uğursuz bir hərbi çevrilişi təcrübə edir. Çevriliş müxaliflərin həbs edilməməsi, iki ümumi körpünü bağlanması, bir neçə təyyarənin uçuşu ilə başlayır və bir bəyanatla rəsmiləşir. Bəyanat “əgər” şərti qoymaqla sekülar respublika quruluşundan müdafiəsi qəsdi ilə özünün uğur qazanmasına cəhd etdi, amma rəsmilərin israrı ilə Türkiyənin şiə müxalifi olan əhli-sünnə ruhanisi Gülənin tərəfdarlarının qüvvələrinə nisbət verildi. Bütün təhlilçilərin proqnozlarına görə bu çevriliş başlanğıcdan məğlubiyyətə məhkum idi və Ərdoğan hökumət sistemində və xalq arasında olan tərəfdarlarının himayəsi ilə həmişəkindən də güclü şəkildə hakimiyyət səhnəsinə qayıtdı.
Bütün bu illər boyu Türkiyə jurnalistlərin ən böyük həbsxanasına çevrilmişdir. Çevrilişin başlamasındna bir neçə saat sonra 6000 nəfərdən çox hərbçi və məhkəmə əməkdaşı həbs edildi.
Siyasi qəbul edilmə böhranı səbəbindən yeni Türkiyə tarixində ilk dəfə olaraq partiyalar hərəkətə keçməzdən qabaq məscidlər onların vəzifəsini öhdəsinə alaraq, xalqı çevrilişçilərə qarşı topladılar. Türkiyənin baş naziri insan haqları təşkilatlarının necə hökm çıxaracağından qorxmadan və öz konstitusiyalarının ziddinə olaraq ilk dəfə edamdan danışdı. İndi Türkiyə yeni əsrə daxil olur.
Gülənçilərsiz və kamalçılarsız ordu, sekülarçılarsız məhkəmə sistemi, Ərdoğanın konstitusiyanı dəyişməsi qarşısında sonuncu manelərin çöküşü və ərdoğanizm ideologiyasının genişlənməsi üçün qızıl fürsət deməkdir.
“Dövlət” əvəzinə “xilafət”, “millət” əvəzinə “ümmət” “imam-xətib” mədrəsələrində ibtidai təhsil almasına diqqət etməmək, köhnə dostun və bugünkü rəqibin ziddinə olmaq dini rəhbərliyin şəri və qanuni olmasını sual altında qoyur.
Ordu atatürkçü respublikanın sonuncu müdafiəçisi və sekülar konstitusiyanın qoruyucusu kimi indi “xəlifə”nin məqsədləini qoruyan yeniçərilərə çevrilir. Yenilməz və yeni Türkiyənin yeniləşmiş təfəkkürünün arxasında gizlənmiş media səngərləri indi şahların ənənəvi hisləri qarşısında çılpaq və sığınacaqsız şəkildə bir-birinin ardınca fəth olur.
Tənqidçi siyasi partiyalarda zəifliyin olması ilə yanaşı indi heç bir güclü tənqidçisinin olmamasından istifadə edən Ərdoğan həmişəkindən daha asan şəkildə böyük addımlar atır.
Ötən il Ədalət və İnkişaf Partiyasının seçkilərdə məğlub olmasından sonra “AKP-nin enişinin sirri” təhlilində proqnoz vermişdim ki, Ərdoğanın tamamlıq istəyi əbədi olmayacaq. Amma indi etiraf etmək lazımdır ki, Ərdoğan öncəkindən daha çox əbədi olmuşdur. Baxmayaraq ki, Türkiyə Cumhuriyyətinin süqutu qiymətinə tamamlıq istəməsi təsir altındadır. İndi Ərdoğanın tərəfdarları demokratiyanın müdafiəsi şüarı ilə öz müxaliflərinin səsini kəsir. Bu Ədalət və İnkişaf Partiyası üçün daha şiddətli enişdir. Əgər o zaman mənim proqnozum Ərdoğanın ölkəni idarə etməkdə Putin modelini ardınca olması idisə, bu günləri “Rəcəb şah” yaradılmasının əlamətləri daha çox özünü göstərir. Baxmayaraq ki, ola bilsin hələ ağıllı “medvedev”in olmasına dözümü yoxdur. Yeni Türkiyə memarının siyasət səhnəsindən tamamilə getməsi, yaxud məxfi şəkildə səhnəni idarə etməsi məlum deyildir. Amma məlumdur ki, “ədalət”in “inkişaf”dan uzaq düşməsinə səbəb olan amillər “davudoğlu”ları kənarlaşdırmaqda “hədəf” üçün “vasitə”ləri də hazırlasın.
İndi gözləmək və görmək lazımdır ki, Ərdoğanın gələcəyi yeni dünya ilə, xüsusən də Avropa Birliyi ilə necə olacaq. Türkiyə qaçqınların sınmış gəmisindən bu həcmdə piyada qoşunla qayıtması strategiyası və Avropa həsrətində təzyiq vasitəsi kimi nə edəcək. Ərdoğan hər bir hərəkətlə “möhkəm ip” sayılan iqtisadi gücünü artırmaq ardıncadır. Bir tərəfdən Avropanın naməlum gələcəyi, Obamadan sonra Amerikanın qaranlıq strategiyası, digər tərəfdən də dünyada millətçiliyin genişlənməsi regionun siyasətini daha artıq mürəkkəbləşdirir.
Türkiyə ordusunun sabitliyinin süqutu ölkənin hazırkı konstitusiyanı sarsıtmaqdan əlavə, regionun ən güclü və qədim tarixə malik ordusunun əsaslarının həmişəkindən daha çox süstləşdirəcək. Bu NATO-nun öz gələcək strategiyasında Asiya müttəfiqi ilə əməkdaşlığa yenidən baxması üçün təhlükə siqnalı ola bilər.
Ola bilər ki, illər uzunu ataları Avropanı öz atları ayağı altında qoymuş Osmanlı nəvələri yaşıl qitəyə qoşulmaq üçün yenə də elastiklik göstərərək, öz imperatorluqlarının siyasi nüfuzunu yenidən qaytarsınlar. Amma sözsüz ki, bu imperatorluğa hakim ideologiya Avropa tarixinin eniş-yoxuşlu tarixinə minmiş sakinləri tərəfindən bəyənilmir. Hər halda gələcək hadisələrin hamısında əgər Ərdoğan həmin proqram çərçivəsində hərəkət etsə, belə demək mümkün olar ki, “Türkiyə Cumhuriyyəti”nin atası və memarından təkcə divarda bir şəkil yadigar qalacaq. Bəlkə bu tarixdə digər bir dərs olsun ki, “hər vaxt bir ölkənin fundamental prinsiplərində ciddi uğurlar yaransa, onun sonu da olacaq”.