Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Əl-Məyadin şəbəkəsinə müsahibə verib.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Doktor Vilayətiyə ünvanlanan suallardan biri Ərdoğanın müttəfiqlərinin dövlət çevrilişinə dəstək verməsi ilə bağlı olub. Cənab Vilayəti buyurub: İran İslam Respublikası istənilən qanuni hakimiyyətin devrilməsinə müxalif olduğundan Türkiyədə də çevrilişi pisləyib, qanuni dövləti himayə edib. Bəli, özünü Ərdoğana müttəfiq göstərən bəzi ölkələr sona qədər qiyamçıları himayə etdilər. Qiyam yatırılanda Əl-Ərəbiyyə açıq şəkildə təəssüf hissini bildirdi. Amma Bəşar Əsəd Ərdoğan dövlətinə dəstək verdi.
Müsahibədə başqa mövzulara da münasibət bildirilib: İran İraqda da, Suriyada da qanuni dövlətə dəstək verib. Amerikada İrana münasibətdə respublikaçılarla demokratlar arasında fərq yoxdur.
Nüvə razılaşmasına demokratlar da maneə yaradır. Amma İran öz mənafelərinə uyğun hərəkət edəcək və nüvə sahəsində yolumuz açıqdır.