Tarix : 2016 Aug 08
Kod 49946

Ermənilərin Nəzarətində Olan Bütün Ərazilər Azərbaycanın Nəzarətinə Verilir

ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır və Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək.
Arannews- Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi Sülh sazişində razılaşdırılacaq.
bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.
Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir və artıq Ermənistan XİN bu sənədə reaksiya bildirib. Xarici İşlər Nazirliyindən əsəbi tərzdə qeyd olunub ki, bu ekspertlərin işinin nəticəsidir.
Bununla birlikdə, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır.
Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.


  • Yazılıb
  • da (də) 2016 Aug 08
  • Göndərən مدير سايت Aran News