Suriya ordusu və müttəfiqləri ölkənin ikinci ən iri şəhəri olan Hələbdə terrorçulara qarşı mübarizəsi davam edir.
AranNews-un verdiyi xəbərə görə, Suriya ordusu ötən gün terrorçularla şiddətli döyüşlərdə onlarla hərbçisini itirib. Terroçular Ramusa rayonu ərazisi və Artilleriya fakultəsi istiqamətindən Hələbin şərq istiqamətində olan dəstələri ilə birləşdikləri bildirilir.
Terrorçuların dar məkanda mühasirəni yardıqlarına baxmayaraq ötən gecədən Suriya aviasiyası və artilleriyası terrorçuları Artilleriya fakultəsi ərazisində bombardman edib.
Ağır döyüşlər zamanı ötən gün terrorçulara məxsus azı 4 ədəd müxtəlif tipli tank məhv edilib. Ramusa rayonu Artilleriya fakultəsi, Aviasiya məktəbi, 1070 yaşayış massivi, Ramusa qarajları ərazisində döyüşlərin davam etdiyi qeyd edilir.
Suriya hərbi komandanlığı və müttəfiqləri Hələbin cənubuna əlavə olaraq 4-cü xüsusi təyinatlı diviziyası, Polkovnik Suheyl Hassanın baçılıq etdiyi “Pələng qüvvələri” və “Hizbullah” partiyasının hərbi birləşmələrinin Rizvan xüsusi təyinatlı briqadalarını bölgəyə göndərib. Bundan əlavə döyüş bölgələrinə 100-dən artıq zirehli təxnika cəlb edilib. /Eastnews.org/