Yəmən sülh danışıqları nəticəsiz bitdikdən sonra Hüsilər Hərəkatı dərhal hərbi əməliyyatlara başlayıb.
AranNews-un verdiyi xəbərə görə, İlkin məlumatlara görə, əməliyyatlar paytaxt Sənanın şərqindən başlayıb.
Artıq Səudiyyənin Nəcran bölgəsindəki hərbi qərargah husilər tərəfindən vurulub. Qərargahın skud raketi ilə vurulduğu bildirilir.
BMT-nin vasitəçiliyi ilə Küveytdə davam edən Yəmən sülh danışıqları heç bir razılıq əldə olunmadan başa çatıb. /Reuters/