Brüssel və Paris kimi avropa şəhərlərində terror hadisələrindən məharətlə bəhrələnən İsrail bu ölkələrə təhlükəsizlik təyinatlı məhsulların satışını artırıb.
AranNews xarici mətbuata istinadən xəbər verir ki, Bu məhsullar arasında güclü robotlar, izləmə sistemləri, xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş silahlar da var. Uzun illər idi Avropa ölkələri müdafiə xərclərini azaldırdı. Terror hadisələrindən sonra bu siyasətdə ciddi dəyişiklik yaranıb.
Bu dəyişikliyi İsrailin təhlükəsizlik yönlü məhsullar satışında da görmək mümkündür. 10 il belə məhsulların satışında tənəzzül yaşayan Tel-Əvivin bu bazarı yenidən dirçəlib.