sionist rejim başçılarının bir qrupu Türkiyə ilə rabitələrə etiraz edir.
AranNews bildirir ki, saac Herzog, Amir Perez kimi tanınmış siyasilər Türkiyə ilə əlaqələrin İsrailin mənafelərinə zidd olduğunu düşünür.
Herzog iddia edir ki, Türkiyə ilə istənilən razılaşma Netanyahunun iş üslubunun tərkib hissəsidir. İsrailin Mavi Mərmərə hadisələrinə görə Türkiyəyə təzminat ödəmək qərarı da müxalifləri narahat edən məsələlərdəndir. İsrailin 7-ci şəbəkəsi işğal olunmuş ərazilərdə sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən əksər sakinlər Türkiyə-İsrail yaxınlaşmasına müxalifdir.
Midgam institutunun sorğularına əsasən sionist sakinlərin 65 faizi Türkiyə ilə mansibətlərin normallaşmasını arzulamır. /realnienovosti.com/