Tarix : 2016 Aug 08
Kod 49954

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək

Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və ...
Arannews- Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.
İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.
Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycana gəlməsi gözlənilir.
Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, iraq, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.  
Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.


  • Yazılıb
  • da (də) 2016 Aug 08
  • Göndərən مدير سايت Aran News