Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatır.
Arannews- İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatır. M.Pakayini bu vəzifədə İran parlamentinin Urmiyadan olan keçmiş deputatı Cavad Cahangirzadə əvəz edəcək.
C.Cahangirzadə İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.
Qeyd edək ki, M.Pakayin 2012-ci ilin oktyabr ayından İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır./faktxeber