Suriyanın ordu qüvvələri Lazkiyənin strateji əhəmiyyətə malik regionlarından Kənsəbba rayonunu terrorçularının işğalından azad etməyə nail olub.
AranNews, PressTV-yə istinadən xəbər verir ki, Suriyanın ordu qüvvələri Lazkiyənin ətrafında irəliləyişlərini davam etdirərək, strateji əhəmiyyətə malik Kənsəbba rayonunu, ətrafındakı Şəlf və Tubal kəndlərini və Əş-Şir Kabua bölgəsini terrorçularının işğalından azad edib.
Suriya milli müdafiə qüvvələri də Kənsəbba ətrafında terrorçulara məxsus 6 hərbi maşını uzaqdan idarə olunan raketlə partladıb.
Suriya qoşunları bu gün, həmçinin Kənsəbbanın ətrafındakı təpələri də işğaldan tamamilə azad edib. Əməliyyat zamanı onlarla terrorçu zərərəsizləşdirilib və Ceyşul-Fəth terror təşkilatının bir komandiri də əsir götürülüb.
13 intihar maşını ilə Kənsəbbadakı Suriya ordusunun mövqelərinə hücum edən terrorçular verdikləri ağır itkilərə baxmayaraq, bu qəsəbə iki həftə əvvəl işğal edilmişdi.