Təşəkkür Türkiyədəki son dövlət şevrilişi cəhdi zamanı İranın Türkiyəyə verdiyi dəstəyə görə edilib.
AranNews-un verdiyi xəbərə görə, Türkiyə Nazirlər Kabinetinin yüksək çinli məmuru Ali Dini Lider Ayətullah Seyyid Əli Xameneyinin Ali Hərbi Müşaviri general-mayor Yəhya Səfevi ilə telefon danışığında "15 Temmuz" qiyamı əsanasında İranın Türkiyəyə verdiyi dəstəyə görə ölkəsinin minnətdarlığını çatdırıb.
Hadisə ilə bağlı Təbriz Universitetində Kəşfiyat Şəhidlərini anma mərasimində danışan general Səfəvi mühüm açıqlamalar edib; "Türkiyənin son olayda kəşfiyyat fəaliyyətində bir boşluq olduğu bəlli oldu.
MİT çevriliş cəhdindən sadəcə bir neçə saat əvvəl xəbərdar olub, Aviasiya Qevvətləri və Silahlı Qüvvətlərin diğər hissələrindəki hərəkətliliyin Fətullah Gülənlə bağlı olması bu zaman anlaşılıb. Bu, məlumat qiyamı yatırtmaq üçün yetərli olsa da, Türkiyənin xəbərsiz ovlandığı nöqsandır". /Təsnim/