İraqın müdafiə naziri Xalid əl-Əbidinin avtomobil karvanına silahlı hücum olub.
AranNews, xəbər verir ki, X.əl-Əbidi bazar ertəsi İraqın şimal bölgəsində Musul şəhərinin cənubunda İmam kəndinin yaxınlığında Neynava əməliyyat mərkəzinə baxış keçirdiyi zaman hücuma məruz qalıb.
İraqın müdafiə nazirinin karvanına ilk öncə snayperlə atəş açılıb və daha sonra havan topu ilə bir neçə dəfə atəş açılıb. Hücum zamanı ölən və yaralanan olmasada müdafiə naziri X.əl-Əbidinin zirehli avtomobilinə ziyan dəyib.
Hələlik heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. /Maide.Az/