Elmar Məmmədyarov: "Qarabağ münaqişəsinin həll olunmaması və Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsi regionun hərtərəfli inkişafına maneədir".
Arannews- Azərbaycan Respublikası xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionun inkişafına mane olduğunu bildirib.
Elmar Məmmədyarov iranlı və rus həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib: Qarabağ münaqişəsinin həll olunmaması və Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsi regionun hərtərəfli inkişafına maneədir.
Elmar Məmmədyarov mətbuat konfransında həmçinin bildirib: Qarabağ münaqişəsi beynəlxalq prinsip və qanunlara əsasən həll olunmalıdır.