Tarix : 2016 Aug 09
Kod 49964

Suriyada Hələb, Hama və İdlib döyüşlərindən ən son məlumatar

Hal-hazırda Hələbdə qızğın döyüşlər davam edir.
AranNews-un verdiyi xəbərə görə, Suriya Ordusu və Müttəfiq Qüvvələr bir neçə istiqamətdən terror qruplaşmalarını havadan və qurudan ağır atəşə tutub, ordu bir sıra istiqamətlərdə irəliləyib. Hazırda da davam edən döyüşlərdən ən son məlumatlar bunlardır:  

Hələb 
geçən gecəyədək Hələbin cənub və  cənub-qərbində ağır döyüşlər davam edib. 
Suriya Ordusu cənib bölgəsini Açıq Əməliyyatlar Bölgəsi elan etdikdən sonra nahar saatlarından gecə yarısınadək terrorçuların mövqeləri hava və qurudan geniş bombardmatna tutulub.
Hərbi məktəblərin yerləşdiyi bölgədə terror qruplaşamalarının 5 zirehli texnikası məhv edilib. Eyni zamanda Əl-Zərba, Han Tuman, Haleb-Sərakib rayonlarında ümumi 21 zirehli texnika, 12 avtomat yüklü ağır tonnajlı maşından ibarət karvan vurularaq sıradan çıxaırılıb.     
Hələbin cənubunda hərbi məktəblər istiqamətində aparılan hava əməliyyatı    
Suriya Ordusu Cəbəl Türkmən, Cəbəl Kalaa bölgəsində də uğurlu əməliyyatları davam etdirrək 5 məntəqəni təmizləməyə müvəffəq olub.    

Lazkiyə 
Lazkiyənin şimal-qərbindəki Kinsəbba bölgəsi terroçuların mövqeləri hava və qurudan intensiv atəşə tutulub. Terrroçşulara yardım daşəyamn yollar güclü atəşə mnəruz qoyulub. Günün sonuna Lazkiyənin şimalında yerləşən Kinsəbba rayonu terrorçulardan azad edilib.   

Hama 
Hamanın şimalında Suriye Ordusu və Milli Müdafiə Qüvvələrinin birgə hissələri Morek rayonunun şərqində keçirdikləri əməliyyatda 2 silah yüklü maşınla birlikdə 20 terrorçunu məhv edib. 

Hələb-İdlib 
Hələbin cənub-qərbindəki İdlib rayonundan Hələbə doğru getməyə çalışan terrorçuların nəqliyyat-daşınma karvanı qırıcılar tərəfindən vurulub.

Hələbin cənub-qərbindəki hərbi məktəblər bölgəsi, Ramus, Şərqə 
məhəlləri, Raşidin, Han-Asal, Han-Tümən, Kafr-Həmra, Anadan, Heritan, Həyyan, Hələb-İdlib istiqamətindəki bütün yollar, Hələbin qərb və cənub istiqamətləri, İdlib istiqaməti şiddətli atəş altındadır, bölgədə indiyədək keçirilməmiş irimiqyaslı hava əməliyyatlar həyata keçirilir.
Terrorçuların yerləşdiyi nöqtələr, karvanları,qərargahları, daşınma-dəstək vasitələri vurulur.  
Həmçinin Hələbin cənub-qərb istiqamətində şimal bölgələrindəki terrorçu hədəfləri şiddətli top və raket atəşləri ilə vurulur.
Hələblə bağlı həlledici döyüşlər öncəsi bölgəyə iki mühüm hərbçi göndərilib. Hələb Respublika Mühafızləri Ordusunu komandanı və Hərbi Təhlükəsizlik Komitəsinin sədri general Zeyd Salih və "Aslan Qüvvələri"nin komandanı polkovnik Süheyl Həsən Kaplan bölgəyə gəlib.    
Hələbin digər rayonu, qərb istiqamətindəki Dart-Əzzada bu gecədən etibarən 4 dəfa terrorçuların mövqeleri yer və yer tipli raketlərə vurulub.  

Ordu yeni hücuma başladı 
Sübh saatlarına yaxın Suriya Ordusu və Müttefiq Qüvvələr irimiqyaslı əməliyyatlara başlayıb. Hal-hazırda Əl-Rəmus bölgəsindəki terrorçulara qarşı hücuma keçilib.    
Eyni zamanda Hələbin cənub-qərb və cənubunda Suriya hərbi təyyarə və helikopterləri aviasiya əməliyyatlarının yeni dalğasına başlayıb.
İdlibin qərbindəki Əbu-Zühur aedromu tərəfdən Hələbin cənubuna keçmək istəyən terrorçuların karvanı hava hücumu ilə vurulub.  
İlkin məlumatlara görə 60-dan artıq terrorçu məhv edilib, xeyli sayda texnika sıradan çıxarılıb. 

BBC ingilis SAS xüsusi təyinatlılarının görüntülərini yaydı   
İngiltərənin BBC yayım şirkəti Suriyada İŞİD terror qruplaşmasna qarşı cəbhədə döyüşdüyü iddia edilən ingilis SAS xüsusi təyinatlılarının bölgədən fotolarını yayınladı.    

Rusiya: "ABŞ-dan Suriyadakı "müxalifət"in koordinatlarını hələ də almadıq" 
Gecənin əsas xəbərləindən birini Rusiyanın Sputnik agentliyi yayıb. ABŞ-ın Suriyadakı terroçuları və "yumşaq müxalifət"i ayırmaqla bağlı fevral ayında verdiği sözü tutmadığını bildirən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov Rusiyanın hələ heç İŞİD-ə qarşı döyüşməyə hazır olan qrupların koordinatlarını almadıqlarını açıqlayıb. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 09
  • Göndərən مدير سايت Aran News